Türkiyənin bu vilayətində küçə döyüşləri gedir - FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyənin bu vilayətində küçə döyüşləri gedir - FOTOLAR

Türkiyənin Diyarbəkir vilayətində hərbçilərlə terrorçular arasında küçə döyüşləri gedir.

Publika.az xəbər verir ki, bu gün səhər saat 06:00-da Diyarbəkirin Sur qəsəbəsində şiddətli toqquşmalar baş verib. Silahlı qarşıdurmada 4 əsgər, 2 polis yaralanıb.

Məlumatlara görə, təhlükəsizlik qüvvələri terrorçuları bir evə sıxışdırıb. Mühasirəyə alınan terrorçular təslim olmaq istəmirlər. Terrorçuların olduğu evin yanındakı digər mənzillərdə də silahlı şəxslər var.

Məhəllə nümayəndəsi terrorçuların sığındığı evlərin kimə aid olduğunu bilmədiyini deyib. Məlumatlara görə, son üç ildə həmin binalarda naməlum şəxslər olub.

Əməliyyat keçirən qrupun məlumatına görə, mühasirədə olan terrorçuların qaçmaq ehtimalı yoxdur.
Şırnak vilayətinin Cizrə qəsəbəsində də küçə döyüşlərinin getdiyi haqda məlumatlar var.

Qeyd edək ki, Türkiyə hökuməti PKK-çıların özlərinə məskən etdiyi ölkənin cənub-şərqindəki yaşayış məntəqələrini yenidən qurmaq qərarına gəlib. Artıq bölgə əhalisi müvəqqəti olaraq başqa yerlərə köçürülür. Sözügedən ərazi terrorçulardan tamamilə təmizləndikdən sonra arxitektura qaydalarına zidd şəkildə tikilən evlər, binalar dağıdılacaq. Sadəcə, tarixi binalar və məscidlər restavrasiya olunacaq. Bütün bölgə isə müasir standartlara uyğun yenidən tikiləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm