
Gürcüstanın Cənubi Kaxetiya bölgəsində 5,3 trilyon
kubmetr təbii qaz aşkar edilib.
Publika.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın
“Frontera Resources” şirkətinin rəhbəri Stiv Nikandros “Rambler
News Service” xəbər agentliyinə bildirib.
Onun sözlərinə görə, aşkar edilən təbii qaz 10 il ərzində bazara
çıxarılacaq və bu, qaz bazarında oyun qaydalarını dəyişdirəcək:
“Şirkət yaxın 5 ildə qazın ixracına başlamaq niyyətindədir. Təbii
qazı Türkiyə və Şərqi Avropa ölkələri alacaqlar”.
Qeyd edək ki, “Frontera Resources” şirkəti kəşfiyyat və
karbohidrogen ehtiyatlarının çıxarılması ilə məşğul olan neft-qaz
şirkətidir. Şirkət Gürcüstanda qaz axtarışlarına 2014-cü ilin
aprelində başlayıb. Şirkətin 2015-ci il proqnozuna görə,
Gürcüstanın 3,8 trilyon kubmetr qaz ehtiyatına malikdir.
Hazırda bu iddia olaraq qalır. Lakin Gürcüstanın bu həcmdə qaz
ehtiyatının olması doğru olarsa, qaz müharibələrində kartların
qarışacağı qaçılmaz olacaq.
Asif