Obama ilk dəfə məsciddə olub
Bizi izləyin

Dünya

Obama ilk dəfə məsciddə olub

ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə məscidə gedib.

Publika.az xəbər verir ki, Prezident Merilend ştatının Baltimor şəhərində yerləşən məscidi ziyarəti zamanı buradakı İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşüb.

Quruluşundan bu yana ABŞ-ın bir parçası olan müsəlmanların, hüquq-mühafizə, xüsusi xidmət və orduda vəzifə alaraq bu ölkəni etibarda tutmaq üçün çalışdığına işarə edən Obama, müsəlmanların ölkənin azadlığı uğrunda mübarizə apardığını qeyd edib.

Barak Obama İslamın terrorizmi qadağan edən bir din olduğunu bildirərək “İslam, digərlərinə qarşı hörmət edilməsini istəyən ənənəyə malik bir dindir” - deyə vurğulayıb.

Gənc müsəlmanlara müraciət edən Obama deyib: “Sizlər müsəlman və ya Amerikalı deyilsiniz, sizlər müsəlman və Amerikalısınız”.

Obama müsəlman amerikalıların narahatlıqlarını müzakirə etmək və onların fikirləri ilə tanış olmaq məqsədilə “dəyirmi masa”da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm