Amerika kəşfiyyatı İŞİD döyüşçülərinin sayını açıqladı
Bizi izləyin

Dünya

Amerika kəşfiyyatı İŞİD döyüşçülərinin sayını açıqladı

Amerika kəşfiyyatı “İslam dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçülərinin sayını qiymətləndirib.

Publika.az “USA Today” nəşrinə istinadən xəbər verir ki, Amerika xüsusi xidmət orqanlarının məlumatına görə, hazırda İŞİD-in 20 mindən 25 minə qədər döyüşçüsü var.

Eyni zamanda bildirilir ki, aviazərbələr nəticəsində İŞİD-in təxminən 28 min döyüşçüsü öldürülüb. Mütəxəssislər hesab edirlər ki, qruplaşmanın say tərkibinin saxlanılması ölən və yaralananların yerinin yeni döyüşçülərlə doldurulmasıdır.

Amerikanın lideri olduğu koalisiyanın nümayəndəsi Stiv Uorren qeyd edib ki, İŞİD-in döyüşçülərində döyüş ruhu gözəçarpacaq dərəcədə azalıb. Onun sözlərinə görə, bunun nəticəsində terror qruplaşmasının döyüşçüləri arasında fərarilik xeyli artıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm