Dünya
İtaliya və ABŞ prezidentləri nələri müzakirə edib?
İtaliya Prezidenti Sergio Mattarella ilə ABŞ Prezidenti Barak Obama arasında keçirilmiş görüşdə dünyanı maraqlandıran aktual problemlər diqqət mərkəzində olub. İtaliyanın xarici işlər naziri Paolo Centilonin də iştirak etdiyi görüşdə xüsusilə beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlığın genişləndirilməsi və qaçqın böhranının həllində birgə tədbirlərin həyata keçirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Barak Obama Mosul şəhərindəki su bəndinin təmiri ilə bağlı önəmli bir missiyanı üzərinə götürdüyü üçün İtaliya hökumətinə minnətdarlığını bildirib. Vurğulayıb ki, İtaliya təhlükəsizliyin bərqərar olunması üçün İraqda həyata keçirilən tədbirlərə fəal dəstək verir.
İtaliyanın dövlət başçısı İŞİD terrorçu qruplaşmasına qarşı mübarizədə ölkəsinin önəmli rol oynadığını bildirib. Qeyd edib ki, İtaliya ilə ABŞ arasındakı sıx əməkdaşlıq yeni çağırışlarla üzləşmək, sülhün və insan haqlarının düşmənləri olanlarla mübarizə aparmaq gücü verir. O deyib: “Dünyada hökm sürən dramatik problemləri həll və sabitliyi, təhlükəsizliyi təmin etmək üçün Transatlantik Alyans çərçivəsində bizim əməkdaşlığımız olduqca önəmlidir”.
Görüşdə miqrant böhranının Avropaya, o cümlədən İtaliyaya təsiri də müzakirə olunub. ABŞ Prezidenti müvafiq məsələnin təkcə Avropanın deyil, bütövlükdə Transatlantik Alyansın problemi olduğunu deyib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR