PYD Suriyada strateji məntəqəni ələ keçirdi
Bizi izləyin

Dünya

PYD Suriyada strateji məntəqəni ələ keçirdi

PYD (PKK terror təşkilatının Suriya qolu) Hələbin şimalında müxalifət güclərinin qərargah kimi istifadə etdiyi Minniğ hərbi aerodromunu ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi bildirib.

Hərbi aerodrom Türkiyə sərhədindəki Azez şəhərinin 6 kilometrliyində yerləşir. Aerodromun ələ keçirilməsinə Rusiya hərbi aviasiyasının dəstək verdiyi deyilir.

Suriya müxalifətinin Yerli Koordinasiya Komitəsi həftənin əvvəlində Bəşər Əsədin nümayəndələri ilə PYD-nin Afrində görüşərək aerodroma hücum üçün razılaşdığını açıqlamışdı. Bundan əvvəl isə PYD-yə bağlı güclər Azez mahalının cənubi-qərbində yerləşən Maranaz kəndini ələ keçirib və bununla Azez ilə Hələbin şimalında yerləşən Tel Rıfat arasındakı əlaqəni kəsib.

Yerli mənbələrin məlumatına görə, PYD-ə bağlı güclər Fərat çayının qərbindəki Mümbiç mahalına hücuma hazırlaşır. Təşkilatın bu məqsədlə Tişrin anbarına hərbi qüvvə topladığı bildirilir. PYD-yə bağlı güclər Hələbin şimalında, Türkiyə sərhədində təhlükəsiz bölgə elan edilməsi planlaşdırılan Azez-Cerablus xəttində iki istiqamətdən irəliləməyə çalışır.

Türkiyə Fərat çayını özünün “qırmızı xətt”i elan edib və PYD-nin çayın qərbinə keçəcəyi halda vurulacağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm