Dünya
Lavrov: “ABŞ Türkiyənin bunu etməsinə icazə verməyəcək”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyaya hərbi müdaxiləsi ilə bağlı səslənən iddiaları şərh edib.
Publika.az xəbər verir ki, “Moskovskiy Komsomolets” qəzetinin suallarını cavablandıran Lavrov ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin digər ölkələrə Suriyada quru əməliyyatı həyata keçirməsinə icazə verməyəcəyini söyləyib.
“Düşünürəm ki, Türkiyənin də daxil olduğu koalisiya qüvvələri kifayət qədər düşünülməmiş planların həyata keçirilməsinə icazə verməyəcəklər”, - Lavrov qeyd edib.
O, həmçinin xarici dövlətlərin Suriyada quru əməliyyatlarına başlayacağını istisna etməyib: “Bu mümkündür. Quru əməliyyatlarının həyata keçiriləcəyinə dair bəyanatlar eşidirik. Danışıqlar müvəffəqiyyətli olmasa və ya bu ölkələrin qarşısı alınmasa, yəqin ki, bəzi ölkələrin açıq şəkildə söylədiyi və az qala tamamilə Bəşər Əsədə qarşı olan şəxsi qəzəbin istiqamətləndirdiyi hərbi həll yolundan istifadə olunacaq. BMT Təhlükəsizlik Şurasının qərarları və digər sənədlər Suriyada hərbi həll variantından imtina edir. Ancaq Amerikanın bölgədəki bəzi müttəfiqləri bu reallığı yaxına buraxmaq istəmirlər”.
Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması ilə bağlı planına toxunan Rusiya xarici işlər nazirinin fikrincə, Ankara bunu kürdlərin birləşməsinin qarşısını almaq üçün etmək istəyir.
Ömər Dağlı
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi