“Facebook” da bağlanırmı? - Rəsmi cavab
Bizi izləyin

Dünya

“Facebook” da bağlanırmı? - Rəsmi cavab

“Facebook” bağlanmaycaq - TƏKZİB

Türkiyə baş nazirinin köməkçisi Bülent Arınç “Facebook"un bağlanacağı ilə bağlı iddiaları şərh edib.

Publika.Az - ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, B.Arınc “Facebook"un bağlanmasının gündəmdə olmadığını söyləyib.

Baş nazir köməkçisi Bursada təşkil etdiyi mətbuat konfransında baş nazir Rəcəb Təyyib Ərdoğan, nazirlər və hakim partiyanı hədəf alan bir kampaniyanın aparıldığını vurğulayıb. “Biz bu cür kampaniyaları başqa formalarda da görmüşük. 2002-ci ildə də AKP-nin digər partiyalardan biri olduğuna, hökumətdə çox qala bilməyəcəyinə inananlar var idi”, - B.Arınc söyləyib.

Qeyd edək ki, “Facebook"un bağlanacağı barədə xəbər “Star TV”nin xəbərlər proqramında anons edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm