Dmitri Medvedev: “Türkiyə NATO-nu çətin vəziyyətə salıb”
Bizi izləyin

Dünya

Dmitri Medvedev: “Türkiyə NATO-nu çətin vəziyyətə salıb”

“Türkiyə rus təyyarəsini vurmaqla NATO-nu çətin vəziyyətə salıb”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev “Time” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, NATO rəhbərliyi təşkilata üzv olan bütün ölkələrə qarşıdurmalardan yan keçməyi tövsiyə etsə də, Türkiyə buna əks addım atıb.

D.Medvedev deyib ki, Türkiyə həm özünü, həm də NATO-nun bütün üzvlərini çətin vəziyyətə düşürüb: “Türkiyənin bu addımı NATO-da məsuliyyətsizlik kimi qiymətləndirilir. Əgər bu hadisə Sovet İttifaqı dövründə baş versəydi, böyük ehtimalla ciddi böhran çıxardı və qarşı tərəfdən də hərbi cavab verilərdi. Ancaq indi yalnız fərqli qərarlar verildi. Rusiya bu məsələdə birmənalı olaraq sülhün tərəfdarıdır. Hətta rus hərbi təyyarəsi bir neçə saniyəlik Türkiyə sərhədini keçə bilərdi. Amma təyyarə Suriya səmasında vurulub. Bunun açıq-aşkar təxribat olmasına baxmayaraq, Rusiya Türkiyəyə hərbi cavab vermədi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm