Rusiyaya ultimatum: “O dövrün qayıtması sizin üçün xeyirli olmaz” - VİDEO
Bizi izləyin

Dünya

Rusiyaya ultimatum: “O dövrün qayıtması sizin üçün xeyirli olmaz” - VİDEO

“Buradan Rusiyaya bildirmək istəyirik ki, SSRİ dövrü 25 il əvvəl başa çatıb. Bu dövrü yenidən canlandırmağa çalışmaq Rusiya üçün də yaxşı nəticələr gətirməz”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Kiyevə səfər edən Türkiyənin baş naziri Əhməd Davudoğlu ukraynalı həmkarı Arseniy Yasenyukla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Bu cür macəralar rus xalqının da istədiyi bir şey deyil”, - Türkiyənin baş naziri söyləyib.

Ukraynanın baş naziri də Rusiyanı sərt tənqid edib: “Rusiya ilə razılaşmaq mümkün deyil. Minsk razılaşmasına görə, atəşkəs təmin edilməli, əsgərlər geri çəkilməli və Kiyev Rusiya-Ukrayna sərhədinə nəzarət etməli idi. Ancaq il yarım keçməsinə baxmayaraq, atəşkəs olmadı. Rusiyaya etibar etməkdən söhbət belə gedə bilməz”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm