Türkiyə rusların düşməni ilə silah istehsal edəcək – VİDEO
Bizi izləyin

Dünya

Türkiyə rusların düşməni ilə silah istehsal edəcək – VİDEO

Rusiya ilə münasibətləri pisləşən Türkiyə Rusiyanı bir nömrəli düşmən elan edən Ukrayna ilə yaxınlaşma yolunu seçib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara və Kiyev silah və hərbi texnikanın birgə istehsalı mövzusunda razılaşıblar.

Türkiyənin baş naziri Əhməd Davudoğlunu Kiyev səfərində müşayiət edən Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyinin müdafiə sənayesi katibi İsmayıl Dəmir Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovla görüşüb. Görüşdə Ukrayna və Türkiyənin ehtiyacı olan layihələrin birgə həyata keçirilməsi müzakirə edilib.

Türkiyəni strateji tərəfdaş kimi qəbul etdiklərini deyən Turçinov hərbi-sənaye sahəsində müştərək layihələrin həyata keçirilməsi üçün əməkdaşlıq edəcəklərini dilə gətirib. İki ölkə təyyarə mühərriki, tank, zirehli texnika və radar sistemlərinin hazırlanması sahəsində əməkdaşlıq edəcək.

Qeyd edək ki, Ukraynanın yeni hərbi doktrinasında Rusiya “düşmən” ölkə kimi göstərilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm