III Dünya müharibəsi bu deyilmi? – 66 ölkə, 686 qruplaşma, dünyanın üçdə biri...
Bizi izləyin

Dünya

III Dünya müharibəsi bu deyilmi? – 66 ölkə, 686 qruplaşma, dünyanın üçdə biri...

Suriyada baş verən münaqişələr fonunda son vaxtlar “III Dünya müharibəsi” ifadəsi tez-tez səslənir. Amma hazırda dünyanın təxminən üçdə biri müharibə vəziyyətindədir.

Publika.az Türkiyənin “Timeturk.com”saytına istinadən xəbər verir ki, müstəqil araşdırma təşkilatlarının analizləri dünyanın 66 ölkəsində 686 qruplaşmanın bir-biri ilə döyüşdüyünü ortaya çıxarıb.

Afrika döyüşdən doymur

Afrika qitəsinin 28 ölkəsində 201 qruplaşma bir-biri ilə, yaxud da dövlətlə qarşıdurma vəziyyətindədir. Mərkəzi Afrika Respublikasında müsəlmanlar və xaşpərəstlər arasında qarşıdurmalar baş verir, Demokratik Konqo Respublikasında hökumət qüvvələri üsyançı qruplara qarşı döyüşür. Misir və Liviyada isə hakimiyyət dəyişikliklərindən sonra fərqli qruplar arasında qarşıdurmalar baş verir. Malidə ordu ilə üsyançı qruplar, Nigeriyada təhlükəsizlik gücləri ilə “Boko Haram”, Somalidə təhlükəsizlik gücləri ilə “Eş-Şebab” illərdir ki, döyüşürlər.

Asiya

Asiyanın 16 ölkəsində 155 fərqli qrup arasında döyüşlər baş verir. Əfqanıstan, Suriya, Yəmən və İraq bu baxımdan “irəlidədir”. Pakistan və Filippin yenə də daxili qarşıdurmalarla gündəmdədir. Suriya ordusu, Livan, İran, Rusiya, Kuba, Venesuela, Avstraliya, Bəhreyn, Belçika, Kanada, Danimarka, Misir, Fransa, Almaniya, İngiltərə, İraq, İtaliya, İordaniya, Küveyt, Livan, Hollandiya, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri Suriyadakı vətəndaş müharibəsində hansısa formada iştirak edirlər.

Avropa belə döyüşün içindədir

Avropanın 9 ölkəsində 75 qrup arasında qarşıdurmalar baş verir. Çeçenistan və Dağıstanda müxtəlif qruplarla təhlükəsizlik gücləri arasında tez-tez qarşıdurmalar olur. Ukraynada müstəqilliyini elan edən “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı rejimləri mərkəzi hökumətlə müharibə vəziyyətindədir.

Yaxın Şərq – müharibələrin “ürəyi”

Yüzilliklər ərzində döyüşlərlə gündəmə gələn Yaxın Şərq dövrümüzdə də eyni “status”u daşıyır. Suriyada 6 ölkə rejimin yanında 98 qrupa qarşı vuruşur. Yaxın Şərqdə Suriyadan başqa 7 ölkə “qaynar ölkə” hesab olunur. Bu ölkələrdə 228 qrup vuruşur.

Ya müstəqillik, ya da muxtariyyət...

Dünyanın müxtəlif bölgələrində 42 fərqli qrup müstəqillik və muxtariyyət üçün silaha sarılıb.

Amerika qitəsində narkotika döyüşü

Amerika qitəsinin 5 ölkəsi döyüşlərlə çalxalanır. Bu döyüşlər daha çox narkotik kartellerinin öz aralarında və narkotik kartellərlə dövlət arasında baş verir. Bu baxımdan Kolumbiya və Meksika önə çıxır. Kolumbiya üsyançı qruplarla mərkəzi hökumətin qarşıdurmalarına səhnə olduğu halda, Meksika daha çox narkodöyüşlərlə seçilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm