ABŞ-dan TERROR ETİRAFI: “Verdiyimiz silahlar...”
Bizi izləyin

Dünya

ABŞ-dan TERROR ETİRAFI: “Verdiyimiz silahlar...”

ABŞ Xarici İşlər Nazirliyi (XİN) sözçüsünün müavini Mark Toner terrorçulara silah verdiklərini etiraf edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, XİN rəsmisi bəyan edib ki, ABŞ-ın Suriya və İraqda “yaxşı adamlar”a verdiyi silahlar bəzən “pis adamlar”ın əlinə keçib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a qarşı səsləndirdiyi son fikirlərə də toxunan Mark Toner deyib ki, ABŞ PKK-nın Suriyadakı qoluna silah vermir: “ABŞ PYD-yə silah vermir. Sadəcə olaraq, Suriya və İraqda “yaxşı adamlar”a verdiyimiz silahlar bəzən “pis adamlar”ın əlinə keçə bilir. ABŞ bu vəziyyətdən məlumatlıdır. Biz açıq söyləmişik ki, PKK terror təşkilatıdır. Ancaq PYD-nin terror təşkilatı olması ilə bağlı Türkiyə ilə ABŞ arasında fikir ayrılığı var. Biz Türkiyənin PYD ilə bağlı narahatlığını anlayırıq. Ona görə də ABŞ PYD-yə silah verməyib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm