İran S-300-lərin pulunu ödəyə bilmir
Bizi izləyin

Dünya

İran S-300-lərin pulunu ödəyə bilmir

“İrana S-300 zenit-raket sistemlərinin çatdırılmasının dəqiq vaxtı müəyyən edilməyib”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, buna səbəb ödənişdə problemlərin olmasıdır: “Zenit-raket sistemlərinin çatdırılmasının dəqiq vaxtı hələlik müəyyən olunmayıb. Hələlik sazişə uyğun şəkildə ödəniş edilməyib. Buna görə də konkret vaxtdan danışmaq tezdir”.

2015-ci ilin dekabrında bildirilirdi ki, İrana S-300PMU-2 sistemlərinin ilk alayının çatdırılması 2016-cı ilin yanvarında başlanacaq. Sistemin ikinci alayının avqust-sentyabr aylarında çatdırılması planlaşdırılırdı.

Fevralın 15-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabir Ənsarı isə deyib ki, zenit-raket sistemlərinin İrana çatdırılması üçün Rusiya və İran arasında aparılan danışıqlar başa çatıb. O, qeyd etmişdi ki, zenit-raket sistemləri İrana çatdırılması üçün artıq yola çıxıb.

Qeyd edək ki, S-300-lərin satışı ilə bağlı razılaşma 2007-ci ildə imzalanıb. 2010-cu ilin sentyabr ayında Rusiyanın dövlət başçısı Dmitri Medvedev BMT Təhlükəsizlik Şurasının sanksiyalarına uyğun olaraq razılaşmasının icrasını təxirə salıb. 2015-ci ilin aprel ayında - İranın nüvə proqramı ilə bağlı ilkin razılaşma əldə olunduqdan sonra Rusiya prezidenti Vladimir Putin S-300-lərin satışına icazə verən qərarı imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm