Davudoğludan Ankara terroru ilə bağlı yeni AÇIQLAMA - FOTO
Bizi izləyin

Dünya

Davudoğludan Ankara terroru ilə bağlı yeni AÇIQLAMA - FOTO

Türkiyənin baş naziri Əhməd Davudoğlu Akarada baş vermiş terror hadisəsi ilə bağlı yeni açıqlama verib.

Publika.az xəbər verir ki, baş nazir Tvitter hesabında 28 nəfərin ölümünə səbəb olan hadisənin arxasında PKK-nın Suriya qolu olan YPG-nin dayandığını bəyan edib.

“Ankarada 28 vətəndaşımızı itirdiyimiz terror aksiyası bütün Türkiyəyə, qardaşlığımıza yönəlib. Terroru həyata keçirən YPG, bölücü terror təşkilatının bir qoludur, birlikdə hərəkət edirlər. Türkiyə bütövdür, 78 milyon bu çətinliyi də dəf edəcək gücə və qüdrətə sahibdir. Biz buradayıq, bu torpaqlardayıq, əbədi olaraq da burada qalacağıq”, - Davudoğlu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm