Rusiya Türkiyəyə görə BMT Təhlükəsizlik Şurasını toplayır
Bizi izləyin

Dünya

Rusiya Türkiyəyə görə BMT Təhlükəsizlik Şurasını toplayır

Moskva Suriyadakı vəziyyət və Türkiyənin bu ölkəyə müdaxilə planları haqqında son bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq niyyətindədir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.

Rusiya həmçinin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə qətnamə layihəsini təqdim etmək niyyətindədir. Qətnamədə Suriyanın ərazi bütövlüyü və müstəqilliyini pozan, böhranın diplomatik yolla nizama salınmasını nəzərdə tutan Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi ilə razı olmayanlardan hərəkətlərinə son qoyulması tələb olunacaq.

Qeyd edək ki, son günlər dünya KİV-ində Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin Suriyaya hərbi müdaxilə edəcəyi barədə silsilə materiallar verilir. Rəsmi Dəməşq Suriya hakimiyyətinin razılığı olmadan ediləcək istənilən müdaxilənin təcavüz aktı kimi qiymətləndiriləcəyini bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm