
“Kürdüstan Azadlıq Şahinləri" (TAK) adlı kürd qruplaşması Ankarada törədilən son terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın veb-saytında bildirilib.
Qruplaşma Türkiyə ərazisində terror aktlarını törətməyə davam edəcəyini açıqlayıb. TAK partlayışın Abdulbaki Sönməz adlı döyüşçü tərəfindən törədildiyini qeyd edib.
Qeyd edək ki, fevralın 17-də Ankarada təşkil edilən terror aktı nəticəsində 28 nəfər ölüb, 61-i yaralanıb. Həlak olanların əksəriyyəti Türkiyə Silahlı Qüvvələrinin hərbçiləridir.
Rəsmi Ankara hücumun PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi qanadı YPG tərəfindən edildiyini bildirib. Terror aktını törədənin Suriya rejiminin hərbi kəşfiyyatı olan “Emn ül-Askeri” ilə əlaqəli olduğu deyilən 24 yaşındakı Saleh Neccar olduğu bildirilir.
Ömər Dağlı