Rusiya və İrandan dünyanı dəyişdirən qərar – Yeni Suriya yaranır
Bizi izləyin

Dünya

Rusiya və İrandan dünyanı dəyişdirən qərar – Yeni Suriya yaranır

Rusiya Suriyadan sonra Ər-Riyad və Tehran arasında döyüş meydanına çevrilən Yəmənə müdaxilə etməyə hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın dini lideri Ayətullah Əli Xamneyinin məsləhətçisi Əli Əkbər Vilayəti deyib.

Əli Əkbər Vilayəti Rusiya ilə əməkdaşlığa davam edəcəklərini bildirib: “İran və Rusiya arasında daha əvvəllər görünməmiş bir əməkdaşlıq var. Bu əməkdaşlıq yalnız Suriya ilə məhdudlaşmayacaq, İraq, Livan və Yəməndə də davam edəcək”.

Rusiyanın Suriyada həyata keçirdiyi hava əməliyyatlarını dəstəkləyən dini liderin məsləhətçisi Rusiya, Suriya və “Hizbullah” arasında yaradılacaq ittifaqın ideal bir ittifaq olacağını söyləyib: “İran regional məsələlərdə Rusiya ilə strateji əməkdaşlıq edir. Belə bir ittifaqın yaradılması üçün lazım olan bütün ilkin şərtlər hazırlanıb”.

Səudiyyə Ərəbistanının rəhbərliyi Tehranı Yəməndə üsyançı husilərə silah, pul və döyüşçü dəstəyi verməkdə ittiham edir. Yəmən prezidenti Abdurabbih Mənsur Hadinin ötən ilin martında etdiyi çağırışından sonra Səudiyyə Ərəbistanının liderlik etdiyi körfəz ölkələrindən ibarət koalisiya gücləri əməliyyatlara başlayıb. Lakin paytaxt Sənanı əllərində saxlayan husilərin müqavimətini indiyə kimi qırmaq mümkün olmayıb.

Qeyd edək ki, Rusiya Suriyada hava əməliyyatlarına ölkədə qanuni hakimiyyətin lideri kimi qəbul etdiyi Bəşər Əsədin çağırışı ilə bağlayıb. Moskva bildirir ki, istənilən ölkəyə hərbi müdaxilə ya həmin ölkənin qanuni hakimiyyətin müraciəti əsasında, ya da BMT Təhlükəsizlik Şurasının qərarı ilə mümkün ola bilər. Hazırkı halda isə Yəmənin qanuni lideri kimi qəbul olunan Abdurabbih Mənsur Hadi ərəb koalisiyası tərəfindən dəstəklənir. Ekspertlər hesab edir ki, Rusiya və İranın Yəmənə müdaxiləsi beynəlxalq hüquq baxımından tamamilə qanunsuz sayılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm