11 yaşlı kamikadze atasının əlini öpdü və... – VİDEO/FOTO
Bizi izləyin

Dünya

11 yaşlı kamikadze atasının əlini öpdü və... – VİDEO/FOTO

İŞİD terror təşkilatı daha bir təbliğat videosunu internetdə yerləşdirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, videoda 11 yaşındakı kamikadze atasının əlini öpdükdən sonra bomba yüklü avtomobillə partlayış törədir.

Abu İmara al-Omri adlı uşaq avtomobilin içində ikən atasının əlini öpür və vidalaşır. İŞİD üzvlərinin “cənnət səni gözləyir” söyləməsindən sonra uşaq kamikadze oradan uzaqlaşaraq avtomobili partladır. İŞİD üzvləri partlayış anını kameraya çəkirlər.

Məlumata görə, İŞİD-in kamikadze hücumlarında ötən il 89 uşaq həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm