Türk ordusu gizli quru əməliyyatlarına başlayıb - İDDİA
Bizi izləyin

Dünya

Türk ordusu gizli quru əməliyyatlarına başlayıb - İDDİA

İraqın Mosul vilayətinin Başika qəsəbəsindəki mindən çox türk əsgəri İŞİD terror təşkilatına qarşı gizli quru əməliyyatları həyata keçirir.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Daily Telegraph” qəzeti peşmərgə (Şimali İraq regional kürd rəhbərliyinin silahlı qüvvələri) komandiri Behram Yasinə istinadən yazıb.

Peşmərgə komandiri qeyd edib ki, Başika düşərgəsində yerləşən türk quru qüvvələri İŞİD-i M60T tankları ilə vurur.

Peşmərgənin digər bir səlahiyyətlisi Ceber Yavər Başikada təxminən 1-2 min türk əsgərinin olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm