MİT sui-qəsd planını açıqladı – Prezident Sarayı, iki nazir, Ərdoğan...
Bizi izləyin

Dünya

MİT sui-qəsd planını açıqladı – Prezident Sarayı, iki nazir, Ərdoğan...

Ankarada 29 nəfərin ölümü ilə nəticələnən terror aktının ardınca PKK terror təşkilatının yeni hücum planı barədə şok bir kəşfiyyat məlumatı əldə edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilatın Qəndildəki rəhbərliyi iki nazir, iki jurnalist, bir millət vəkili və bir müəllim olmaqla 6 nəfərin öldürülməsi barədə təlimat verib.

Məlumata görə, PKK-nın Şimali İraqdakı “İdarə Şurası” ilə təşkilatın Türkiyədəki üzvləri arasında edilən telefon danışıqları kəşfiyyat qurumları tərəfindən dinlənilib. Nəticədə PKK rəhbərliyinin 6 nəfərlə bağlı sui-qəsd planının olduğu ortaya çıxıb.

Təhlükə barədə Ankara və İstanbul valilikləri, həmçinin sözügedən iki nazirin yaxın ətrafı 23 fevral tarixində göndərilən məktubla xəbərdar edilib.

Kəşfiyyat hesabatına görə, PKK Prezident Sarayı və prezident Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı ofisinə hücum planları hazırlayır. Ərdoğanın İstanbul səfərlərində istifadə etdiyi ofis ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm