Ailəsindən 14 nəfəri öldürdü, sonra da özünü asdı
Bizi izləyin

Dünya

Ailəsindən 14 nəfəri öldürdü, sonra da özünü asdı

Hindistanda kişi ailəsinin 14 üzvünü, o cümlədən, 8 uşağı bıçaqla qətlə yetirib, daha sonra özünü asıb.

"Report" "Indian Express"ə istinadən xəbər verir ki, 35 yaşlı Hansil Varekar Txane şəhərində bayram tədbirləri təşkilatçısı işləyib və ailəsi dairədə imkanlı ailə hesab olunub.

Polisin məlumatına görə, şənbə günü axşam Varekarın evində qonaqlar olub və qohumların çoxu gecəni onlarda qalıb. Gecə saat 2 radələrində ev sahibi evin giriş qapılarını bağlayaraq həyat yoldaşını, 8 uşağı, 3 bacısını və valideynlərini yatmış vəziyyətdə qətlə yetirib. Qətl aləti hadisədən dərhal sonra özünü asan ailə başçısının yanında aşkar edilib.

Hadisə barədə polisə sağ qalan bacılardan biri xəbər verib. O yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm