Dünya
Biznesmen ölkə preizdenti oldu
Slovkiyada siyasətdə təcrübəsi olmayan sağçı biznesmen Andrej Kiska prezident seçkilərində qalib gəlib.Seçkilərdə ilk dəfə iştirak edən cənab Kiska ikinci raundda hazırkı sosial demokrat Baş nazir Robert Fikonu məğlub edib.
Publika.Az BBC-yə istinadən xəbər verir ki, erkən nəticələrə görə Kiska səslərin təxminən 60 faizini alıb.Seçki kampaniyasının sonunda ölkədə əksəriyyət təşkil edən katolikləri cəlb etmək üçün cənab Fiko katolik dini tərbiyəsi haqqında danışıb.
O rəqibini sayentoloq kimi təsvir etsə də, Kiska bunu rədd edib. Fiko 2012-ci ildə keçirilən seçkilərdən bəri Baş nazir olub. Həmin seçkilərdə ölkə müstəqillik qazanandan sonra ilk dəfə parlamentdə bir partiya mütləq çoxluq qazana bilib.
Fransa Prezidenti Fransua Olland və Avropa Parlamentinin başçısı Martin Şulz solçu Fikonu dəstəklədiklərini bəyan etmişdilər.Kiska bundan əvvəl siyasətdə təcrübəsiz olduğundan istifadə edərək özünü korrupsiya iddiaları ilə ləkələnmiş digər sağçı siyasətçilərdən uzaqlaşdırıb.Ölkədə ona bacarıqlı biznesmen kimi baxırlar. Andrej Kiska deyir ki, korrupsiyaya qarşı mübarizə aparmaq və daha güclü hökümət qurmaq istəyir.
Kiskanın andiçmə mərasimi iyunun 15-də, hazırkı prezident İvan Qasparoviçin prezidentlik müddəti bitəndə keçiriləcək.
Aydəmir
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR