Dünya
Putinlə Əsəd arasında GİZLİ ANLAŞMA - Neft və qaz ehtiyatları...
Rusiya prezidenti Vladimir Putin ilə Suriya rəhbəri Bəşər Əsəd arasında şok gizli razılıq əldə edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriyanın Xaseke şəhər polisinin keçmiş rəisi Məhəmməd Şimali açıqlama verib.
O deyib ki, Suriyanın ümumi neft və qaz ehtiyatlarının 65 faizinin nəqlinin 50 il müddətinə Rusiyaya verilməsi ilə bağlı Bəşər Əsədlə Vladimir Putin arasında gizli sənəd imzalanıb:
"Bu sənədlə Rusiya Suriyanın yeraltı ehtiyatlarından gələn gəlirlərin 65 faizinə 50 il müddətinə sahib çıxacaq. Son günlər Rusiyanın yaxından dəstəyi ilə Əsəd qüvvələrinin Palmirdə hərbi əməliyyatlar keçirməsi və şəhəri azad etməsinin də əsas məqsədi məhz neft-qaz ehtiyatları ilə bağlıdır. Çünki Palmirdən Xümsə qədər olan 180 kilometrlik ərazilər Suriyanın ən zəngin qaz ehtiyatlarına malik olan bölgələridir. Görünür, Rusiya bu ərazilərin azad olunması üçün öz maraqlarına uyğun olan və sərfəli sayılan şərtlərlə Əsədlə razılaşma əldə edib. Ancaq Əsədin 50 il müddətinə Rusiyaya verdiyi neft-qaz ehtiyatları xalqın maraqlarına tam ziddir".
Vasif Həsənli
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi