Ana oğlunu 18 min manata satarkən tutuldu
Bizi izləyin

Dünya

Ana oğlunu 18 min manata satarkən tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində 7 aylıq oğlunu satmağa çalışan 34 yaşlı ana tutulub.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Özbəkistan əsilli Gövhər Abdunəzərova oğlunu 800 min rubla (təxminən 18 min manata) satmaq istəyib.

RF İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə İstintaq idarəsinin yaydığı məlumata görə, oğlundan pul qazanmaq istəyən ana ötən gün Kazan küçəsindəki kafelərdən birində saxlanılıb.

Körpə xəstəxanaya yerləşdirilib, onun anası barədə isə insan alveri ittihamı ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm