Donbasda vuruşan daha 4 Rusiya hərbçisi ifşa edildi - FOTO
Bizi izləyin

Dünya

Donbasda vuruşan daha 4 Rusiya hərbçisi ifşa edildi - FOTO

Ukrayna Donbasda vuruşan daha 4 Rusiya zabitini ifşa edib.

Publika.az “ЛІГА.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin nümayəndəsi Vadim Skibiski brifinqdə bildirib.

“Aleksey Dmitriyev Sankt-Peterburq sakinidir. O, Rusiya ordusunun 76-cı hava-desant diviziyasının hərbçisidir. Sankt-Peterburq sakini Arseniy Fadeyev Sakit okean donanmasının dəniz piyada qoşununun 390-cı alayında xidmət keçirdi. Murmansk vilayətinin sakini Vyaçeslav Korneyev hava- desant qoşunlarında xidmət keçirdi. Qriqori Nikolay Rusiya Daxili İşlər Nazirliyinin daxili qoşunlarında xidmət keçirdi”, - Skibiski deyib.

Bundan başqa, kəşfiyyatın məlumatına görə, “DXR” terrorçularına general-mayor Valeri Asapov rəhbərlik edir.

“Obozrevatel” nəşrinin yazdığına görə, Rusiya zabitlərinin ifşalarına görə Ukrayna kəşfiyyatçıları güclü kiberhücuma məruz qalıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm