Rza Zərrab girov qarşılığında azadlığa buraxılmasından imtina etdi
Bizi izləyin

Dünya

Rza Zərrab girov qarşılığında azadlığa buraxılmasından imtina etdi

Ötən ay ABŞ-da həbs edilmiş azərbaycanlı iş adamı Rza Zərrab Florida məhkəməsinə girov qarşılığında azadlığa buraxılması ilə bağlı müraciətindən imtina edib.

Publika.az Türkiyə mətbuatına istinadən məlumat yayıb ki, bu barədə Nyu-Yorkun cənub bölgəsi üzrə baş prokuroru Prit Bharar xəbər verib. Prokuror bildirib ki, Rza Zərrab Nyu-Yorka aparılacaq və məhkəmə prosesi orada davam etdiriləcək.

Qeyd edək ki, Mayami məhkəməsi də azərbaycanlı iş adamının girov tələbindən imtina qərarını, habelə Nyu-York bölgə məhkəməsinə aparılmaq xahişini qəbul edib.

Xatırladaq ki, Rza Zərrab martın 19-da ABŞ-ın Mayami şəhərində dincələrkən saxlanılıb. Ona qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm