Daşqın nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb
Bizi izləyin

Dünya

Daşqın nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb

Pakistanın şimal-qərbində, Xayber-Paxtunxva əyalətində yağan güclü yağış və daşqın nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb, 27 adam yaralanıb.

Əyalətdəki Bara Xovar gölününün öz məcrasından çıxması səbəbindən 70 mağaza və 40 yaşayış binasını dağılıb, xeyli sayda evin damı uçub və digər binalara ziyan dəyib.

Qeyd edək ki, ötən il Pakistanda baş verən təbii fəlakətlər nəticəsində 81 nəfər həlak olmuşdu, 300 min adam isə evsiz qalmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm