Başına 300 min qoyulan PKK lideri öldürüldü - VİDEO
Bizi izləyin

Dünya

Başına 300 min qoyulan PKK lideri öldürüldü - VİDEO

Türkiyənin Hakkari vilayətinin Yüksekova mahalında aparılan anti-terror əməliyyatlarda PKK terror təşkilatının yüksək vəzifəli liderləri öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, başına 300 min lirə (təxminən 105 min dollar) qoyulan 26 yaşındakı Emel Güclü də onların arasındadır.

O, PKK-nın Yüksekova mahalındakı qadın lideri olaraq axtarılırdı. Təhlükəsizlik mənbələrinə görə, “Zilan” kod adlı Emel Güclü Hakkaridə hərbi kolonlara edilən hücumlar başda olmaqla bir çox terror aktının təşkilatçısı hesab edilir.

Emel Güclü Daxili İşlər Nazirliyinin hazırladığı siyahının “boz” kateqoriyasına daxil edilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm