ABŞ səfiri: “PKK-nın əlindəki silahlar...”
Bizi izləyin

Dünya

ABŞ səfiri: “PKK-nın əlindəki silahlar...”

“PKK terror təşkilatının əlindəki ABŞ istehsalı olan silahlar İraq ordusunun anbarlarından çıxıb”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Con Bass Diplomatiya Müxbirləri Dərnəyinin üzvləri ilə görüşdə deyib.

Terrorla mübarizə mövzusunda Türkiyə hökumətinə güclü dəstək verdiklərini bildirən Bass PKK-nı hücumlara son qoymağa, silahlarını yerə qoymağa və qanuni müzakirələrə başlamağa çağırıb. Səfir PYD (PKK terror təşkilatının Suriya qolu hesab edilir) və PKK-nın əlindəki silahlardan bəzilərinin ABŞ istehsalı olduğunu təsdiqləyıb.

“PKK ABŞ tərəfindən terror təşkilatı olaraq qəbul edilir. Bu silahlar İraq təhlükəsizlik güclərinə məxsus anbarlardan çıxıb. ABŞ PYD-ni silahlandırmır. YPG-ni (PYD-nin silahlı qanadı – red.) silah və ya ya sursatla təmin etmirik. Türkiyə bunu milli təhlükəsizliyinə təhdid olaraq görür və biz bu mövzuya həssaslıqla yanaşırıq”, - səfir bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm