Kreml əlaltısının qardaşı oğlu separatçıların tərəfində - VİDEO
Bizi izləyin

Dünya

Kreml əlaltısının qardaşı oğlu separatçıların tərəfində - VİDEO

Kreml siyasətinin əsas təbliğatçısı, “Rusiya bu gün” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovun qardaşı Ukraynanın şərqində gedən döyüş əməliyyatlarında separatçıların tərəfində vuruşub.

Publika.az xəbər verir ki, “Rossiya 1” telekanalının aparıcısı bu barədə Minskdə “Sputnik” layihəsinin mətbuat mərkəzinin açılışında bildirib.

Kiselyov dəqiqləşdirib ki, onun qohumu Sergey Kiselyov Almaniyada yaşayır və onun alman pasportu var. Jurnalistin sözlərinə görə, qardaş oğlu Qorlovka (Donetsk vilayəti) rayonunda vuruşub və sonra evə qayıdıb.

Qeyd edək ki, Dmitri Kiselyov "Rusiya 1" kəskin anti-qərb fikirləri ilə tanınır. Onun Krımda gərginliyin pik nöqtədə olduğu vaxt ABŞ-ı nüvə silahı ilə hədələməsi daha çox yadda qalıb. “Rusiya dünyada yeganə ölkədir ki, ABŞ-ı həqiqətən radioaktiv külə döndərmək iqtidarındadır”, - Kiselyov Kremlin sözlərini Vaşinqtona çatdırmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm