Brüsseldə genişmiqyaslı anti-terror əməliyyatı keçirilib
Bizi izləyin

Dünya

Brüsseldə genişmiqyaslı anti-terror əməliyyatı keçirilib

Belçikanın paytaxtı Brüsseldə genişmiqyaslı anti-terror əməliyyatı keçirilib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, əməliyyatda xüsusi təyinatlı polis dəstəsi, snayperlər və istehkamçılar iştirak edib.

Bundan başqa, əməliyyata kimyəvi və radiaktiv müdafiə formaları geyinən xüsusi bölmələrin əməkdaşları qatılıb. Məlumata görə, ümumilikdə 50-yə qədər təhlükəsizlik işçisi paytaxtın Etterbek rayonu ərazisindəki böyük ticarət anbarı ətrafında axtarışlar aparıb.

Rəsmi məlumatlara görə, bir nəfər saxlanılıb.

Dünən isə Belçika paytaxtında aparılan əməliyyatların gedişatında Paris və Brüssel terror aktlarının təşkilində şübhəli bilinən Məhəmməd Abrini və Usama Krayema tutulub. Bresseldə anti-terror əməliyyatları son günlər praktik olaraq hər gün keçirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm