“Kosoy” ləqəbli avtoritet tutuldu
Bizi izləyin

Dünya

“Kosoy” ləqəbli avtoritet tutuldu

Kiyevdə “Kosoy” ləqəbi kriminal avtoritet saxlanılıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Kiyev polis idarəsindən bildirilib.

Cinayətkar qruplaşmanın lideri İnterpolun axtarışında idi. O, saxta sənədlərdən istifadə edərək xarici görünüşünü, hətta barmaq izlərini dəyişdirib.

Onun rəhbərlik etdiyi cinayətkar qruplaşma 4 silahlı hücumda iştirakda ittiham olunur. Bu hücumlarda beş nəfər ölüb, üçü yaralanıb. Bundan başqa, qruplaşma iki sifarişli qətldə iştirakda ittiham edilir.

“Kosoy” Donbasda “Araq kralı” da adlandırılır. O, “Xamadey” tütün şirkətinin həmtəsisçisi və “Donetsk-Siti”, “Mayak” və “Ağ qu quşu” ticarət-əyləncə mərkəzlərinin səhmdarlarından biri idi. Bundan başqa, o, Ukrayna oliqarxı Rinat Əhmədovun “güc qanadı”nın rəhbəri adlandırırdılar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm