Berlində ərəblərə qarşı əməliyyat
Bizi izləyin

Dünya

Berlində ərəblərə qarşı əməliyyat

Almaniyanın paytaxtı Berlin şəhərində ərəb mənşəli cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, əməliyyatda 220 təhlükəsizlik əməkdaşı, həmçinin 60 xüsusi təyinatlı iştirak edib.

Berlin polisinin nümayəndəsi Stefan Redlix bildirib ki, əməliyyat Noykeln dairəsi, Xermsdorf və Lankvis rayonlarında keçirilib. Əməliyyatı hədəfi yaşları 20-dən 56-ya qədər olan altı kişi olub. Redlixin məlumatına görə, onların hamısı tutulub.

Saxlanılanlar cari ilin mart ayında bir sifarişli qətldə və 2014-cü ildə Berlindəki KaDeWe (“ Qərb Ticarət Evi”) ticarət mərkəzində zərgərlik mağazasını qarət etməkdə şübhəli bilinir. Məlumata görə, qruplaşma üzvləri dəyəri 800 min avrodan yuxarı olan zərgərlik malları və saatları oğurlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm