“Yasenyuku döyüşə göndərin!” – Prezidentə müraciət
Bizi izləyin

Dünya

“Yasenyuku döyüşə göndərin!” – Prezidentə müraciət

Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında baş nazir vəzifəsindən istefa verən Arseniy Yasenyukun anti-terror əməliyyatları zonasında vuruşan silahlı qüvvələrin tərkibinə göndərilməsi xahişi ilə müraciət yerləşdirilib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, 92 gün ərzində 25 min imza toplanarsa, prezident elektron xahişə baxacaq.

“Arseniy Yasenyukun anti-terror əməliyyatları zonasına göndərilməsini dəstəkləməyi xahiş edirəm”, - müraciətin müəllifi yazıb.

Qeyd edək ki, Arseniy Yasenyuk aprelin 10-da baş nazir postundan istefa verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm