Babasının doğum gününü raket atəşi ilə qeyd edəcək
Bizi izləyin

Dünya

Babasının doğum gününü raket atəşi ilə qeyd edəcək

Pxenyan Koreya Xalq Demokratik Respublikasının qurucusu Kim İr Senin ad gününü raket sınağı ilə qeyd edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonxap” agentliyi bildirib.

Agentliyin məlumatına görə, ölkənin şimali-şərqindəki Vonsan şəhərinin yaxınlığında yerləşdirilən “Musudan” orta mənzilli ballistik raketlər Kim İr Senin doğum günündə - 15 apreldə işə salına bilər. Qeyd edilir ki, Koreya Xalq Demokratik Respublikası ordusu təxminən 20 gün əvvəl hazırlıqlara başlayıb.

“Musudan” tipli ballistik raketin uçuş məsafəsi təxminən 3-4 min kilometr təşkil edir. Beləliklə, raket ABŞ-ın Alyaska ştatı və ya Quam (Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük adadır. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda ABŞ-ın federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası var) adasını vurmağa qadirdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm