Almaniya ordusunda ŞOK - 29 hərbçi İŞİD-ə qoşuldu
Bizi izləyin

Dünya

Almaniya ordusunda ŞOK - 29 hərbçi İŞİD-ə qoşuldu

Almaniyanın 29 keçmiş hərbçisi Suriyada İŞİD terror təşkilatına qoşulub.

Publika.az Almaniyanın DPA agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin əks-kəşfiyyat təşkilatından bildirilib.

Aparılan bir araşdırmaya görə, hazırda hərbi xidmət keçən 65 hərbçi İŞİD-ə simpatiya bəsləyir.

Almaniya Sosial-Demokrat Partiyasından olan millət vəkili Hans-Peter Bartels orduda İŞİD-ə olaq simpatiyanın ciddi təhlükə olduğunu deyib.

2007-ci ildə Almaniya ordusunda xidmət edən 22 hərbçi radikal davranışları ilə əlaqədar kəşfiyyat tərəfindən izlənilmişdi. Onlardan 17-i ordudan kənarlaşdırılmış, 5-nin başa çatan müqaviləsi isə yenilənməmişdi.

Son məlumatlara görə, Almaniya pasportu daşıyan 720-760 nəfər İŞİD-ə qoşulmaq üçün Yaxın Şərqə gedib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm