PKK-ya qarşı Şri-Lanka üsulu – Ankara terroru belə bitirəcək
Bizi izləyin

Dünya

PKK-ya qarşı Şri-Lanka üsulu – Ankara terroru belə bitirəcək

“Separatçı qruplarla mübarizədə müxtəlif üsullar var. Masaya oturmaq, müzakirələr aparmaq, güzəşt etmək və razı salmaq. Bir də yox etmək, məhv etmək üsulu var. Buna Şri-Lanka modeli deyilir”.

Publika.az xəbər verir ki,bunu “Milliyyət” nəşrinin yazarı Mehmet Tezkan yazıb.

“Şri-Lanka hökuməti ilə “Tamil Pələngləri” 30 il döyüşdü. 70 min nəfər öldü. Sülh razılaşması imzalandı, silahlar susdu, amma bir müddət sonra razılaşma yenidən pozuldu. Saxta sülh daha şiddətli döyüş gətirdi. 2009-cu ildə ordu məhv etmək üsulunu seçdi. Liderləri öldürüldü, partizanlar ağır itkilər verdi. Sonda “Tamil Pələngləri” tarixin tozlu səhifələrinə atıldı”, - yazar qeyd edib.

Onun sözlərinə görə, hazırkı mənzərə Ankaranın da PKK ilə mübarizədə Şri-Lanka modelini seçdiyi göstərir.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan aprelin 19-da muxtarlarla (kənd icra nümayəndələri) görüşdə PKK ilə mübarizədə əməliyyatların davam edəcəyini bildirib: “Milli birlik, qardaşlıq dedik, olmadı. Həll prosesi dedik, yenə olmadı. Həll prosesini soyuducuya qoyduq. İndi əməliyyatlar dövrüdür. Bu iş bitəcək”.

Ankaranın sonuna qədər gedəcəyini deyən Mehmet Tezkan bildirir ki, hökumət PKK-nı həm fiziki, həm də siyasi olaraq yox etməyə çalışacaq.

“PKK-nın sonu da Şri-Lankadakı “Tamil Pələngləri” kimi ola bilərmi? Yaxın vaxtlara qədər bu suala “xeyr” cavabı verilirdi. Deyilirdi ki, “Tamil Pələngləri” ağlasığmaz bir səhv edərək Şri-Lanka ordusu ilə konvansionel döyüşü seçdi və buna görə də məğlub oldu. PKK-nın bənzər bir səhv etməyəcəyi deyilirdi. Amma PKK da eyni səhvi etdi. Xəndəklər qazdı, barrikadalar qurdu, şəhərlərin mərkəzində döyüşü alovlandırdı, əsgərlə, polislə qarşı-qarşıya gəldi, küçə döyüşlərinə başladı. Şri-Lankada “Tamil Pələngləri”nin etdiyini etdi. PKK “Tamil Pələngləri” kimi yox olarmı? Olmaz. “Tamil Pələngləri”nin arxası dəniz idi. PKK-nın arxası İraq və Suriyadır. Yox olmazlar, amma bellərini də düzəldə bilməzlər”, - Mehmet Tezkan yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm