“Bu, rusiyayönlülərin qisasına gətirib çıxaracaq”
Bizi izləyin

Dünya

“Bu, rusiyayönlülərin qisasına gətirib çıxaracaq”

“Vladimir Qroysman hökumətinin islahatların keçirilməsi sahəsində müvəffəqiyyətsizliyi növbədənkənar parlament seçkilərinə və Ukraynanın xarici siyasət vektorunun dəyişməsinə gətirib çıxara bilər”.

Publika.az xəbər verir ki, bu haqda Amerikanın “Stratfor” analitik-kəşfiyyat şirkətinin hesabatında deyilir.

“Kiyev islahatların keçirilməsi üzrə kursunu davam etdirəcək, yoxsa daxili fikir ayrılıqları və xarici çağırışlar onu dayandıracaq? Həqiqətənmi, Ukrayna Qərblə müttəfiqliyin yeni erasına daxil olub, yoxsa Rusiyanın təsiri altına potensial qayıdış mümkündür?” – Stratfor yazır.

Şirkətin analitikləri vurğulayıb ki, 2014-cü ildə hakimiyyətə gələn qərbyönümlü hökumət son zamanlar ölkədə islahatları çox yavaş həyata keçirir.

“Əgər iqtisadi artım az olarsa və siyasi islahatlarda irəliləmə olmazsa, Poroşenko və Qroysmanın mövqeləri zəifləyəcək. Bu halda növbədənkənar parlament seçkilərini istisna etmək olmaz. Nəticədə Beynəlxalq Valyuta Fondu tərəfindən maliyyə köməyinin ayrılması və Ukraynanın qərbyönümlü kursu təhdid altında olacaq. 2004-cü il “Narıncı inqilab”dan sonra hakimiyyətə gələn qərbyönümlü hökumətdəki siyasi mübahisələr ukraynalıları tez məyus etdi və nəticədə Viktor Yanukoviç prezident seçildi. Əlbəttə, Ukraynanın şərqində ərazinin itirilməsi və davam edən müharibə əhalini Rusiya düşərgəsinə qayıdışa qarşı kökləyib. Bununla belə, bu, Kiyevin qərbyönümlü siyasətinin davamlılığına zəmanət vermir. İqtisadiyyat, təhlükəsizlik və siyasət sahəsində yeni hökumətin qərarları Ukraynanın gələcəyini müəyyən edəcək”, – Amerika analitikləri yekunlaşdırıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm