“Ukrayna NATO-ya inanaraq səhv etdi”
Bizi izləyin

Dünya

“Ukrayna NATO-ya inanaraq səhv etdi”

“Ukrayna NATO-ya üzv olmaq imkanına inanmaqla səhv etdi”.

Publika.az xəbər verir ki, bunu Almaniyanın “Focus” nəşri yazıb. Nəşrin yazdığına görə, NATO-ya Ukraynanın mümkün girişi haqqında Kiyevin pafoslu bəyanatları dünya siyasətini dərindən başa düşməməsi ilə bağlıdır və bu bəyanatların reallıqla heç bir bağlılığı yoxdur.

“Son iki il ərzində Şimali Atlantik İttifaqına üzvlüklə bağlı Ukrayna xalqının münasibəti əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəl əhalinin üçdə ikisi ölkənin NATO-ya üzvlüyünə qarşı idisə, bu gün əhalinin yarıdan çoxu üzvlüyə tərəfdardır. Ukrayna öz ordusunda yeni standartları tətbiq edir və gözləyir ki, ittifaq onu qəbul edəcək”, - məqalənin müəllifi qeyd edir.

Nəşrin yazdığına görə, bununla belə, Ukraynanın NATO-ya üzvlüyü gözlənilmir: “Bu gün Qərbdə əla anlayırlar ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiya ilə münasibətlərin gərginləşməsinə aparır. Nə qədər paradoksal olsa da, Ukrayna NATO-ya yalnız o vaxt daxil olmağa hazır vəziyyətə gələcək ki, Rusiya ilə münasibətlər qaydaya düşəcək. O halda isə Ukraynaya NATO-nun müdafiəsi lazım olmayacaq”.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukrayna bloklara qoşulmamaq siyasətindən imtina edib. Yeni hərbi doktrina NATO-ya üzvlük siyasətinin aparılmasını nəzərdə tutur. Amma Avropa Komissiyasının başçısı Jan-Klod Yunker bildirib ki, Avropa Birliyi və ya NATO-ya üzv olmaq üçün Ukraynaya 20-25 il lazım olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm