Rusiya gəmisi Türkiyə boğazından bu dəfə belə keçdi
Bizi izləyin

Dünya

Rusiya gəmisi Türkiyə boğazından bu dəfə belə keçdi

Rusiya donanmasına aid “Aleksandr Otrakovskiy” gəmisi növbəti dəfə İstanbul (Bosfor) boğazından keçərək Mərmərə dənizinə daxil olub.

ANS PRESS-in məlumatına görə, yerli vaxtla saat 15.30-da keçən Rusiya gəmisində Türkiyənin dövlət bayrağı dalğalanıb.

Gücləndirilmiş təhlükəsizlik tədbiri ilə boğazdan keçən gəmini Türkiyə Sahil Təhlükəsizlik Xidmətinin motorlu qayıqları, dəniz polisi, həmçinin havadan polis helikopterləri müşayiət edib.

Şahidlərin bildirdiyinə görə, göyərtəsində çox sayda rus hərbçinin olduğu gəmi boğazdan keçişini 2 saata başa vurub. Üzərlərində hər hansı bir silahları olmayan hərbçilər durbinlə ətrafı müşahidə ediblər.

Ötən il noyabrın 24-də Türkiyə Hərbi Aviasiyasına məxsus “F-16” qırıcısı Rusiya Hərbi Hava Donanmasına aid “Su-24” qırıcısı vurmuşdu. Buna, Rusiya təyyarəsinin Türkiyə-Suriya hava sərhəddini pozması səbəb olmuşdu. Hadisədən sonra Türkiyə ilə Rusiyanın münasibətləri xeyli gərginləşib.

Bu gərginlik zəminində ötən il dekabrın 4-də İstanbul boğazından keçən gəmidəki əsgərlərdən biri göyərtədə çiynində qumbaraatanla dayanmış, bu hadisə də növbəti gərginliyə səbəb olmuşdu. Türkiyəli siyasətçiləre baş verənləri Rusiyanın təxribatı kimi dəyərləndirmişdilər.

Montre boğazlar konvensiyasına görə, öz suverenliyi üçün təhlükə hiss edəcəyi və müharibə təhlükəsi ilə üz-üzə qalacağı təqdirdə Türkiyənin boğazları bağlamaq hüququ olsa da rəsmi Ankara bu addımı atmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm