“Kiber-xəlifə” hücuma keçdi – 50 əməkdaş öldürüləcək
Bizi izləyin

Dünya

“Kiber-xəlifə” hücuma keçdi – 50 əməkdaş öldürüləcək

İŞİD terror təşkilatının “Birləşmiş kiber-xəlifə” adlanan haker qrupu ABŞ Dövlət Departamentinin əməkdaşlarının şəxsi informasiyalarını ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə “Fox News” nəşri bildirib.

Kibercinayətkarlar sübut olaraq Dövlət Departamentinin 50 əməkdaşının adları, soyadları və telefonların nömrələrinin ekran görüntülərini KİV-ə göndərib. Hakerlər bəyanatında bu əməkdaşları öldürəcəklərini, ABŞ-ı əzəcəklərini və onun dövlət təhlükəsizlik sistemini yenidən dağıdacaqlarını bildiriblər.

Dövlət Departamenti haker hücumunu və kibercinayətkarların bəyanatını şərh etməyib.

Aprel 22-də isə “Birləşmiş kiber-xəlifə” Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanlarının 18 min əməkdaşına aid məlumatları oğurladığını açıqlayıb. Daha əvvəl isə hakerlər qrupu sosial şəbəkədə 3,5 mindən çox nyu-yorklunun adının olduğu siyahını dərc edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm