Taliban Əfqanıstanın şimal-qərbinin bir hissəsini tutdu
Bizi izləyin

Dünya

Taliban Əfqanıstanın şimal-qərbinin bir hissəsini tutdu

Əfqanıstanın Türkmənistanla həmsərhəd olan Badqis əyalətinin bir hissəsi Taliban təşkilatının nəzarətinə keçib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda regional hakimiyyətə istinadən yerli KİV bildirib.

Bildirilir ki, taliblər Kadis- Kalai-Nau yolunu da ələ keçiriblər. Kadis rayonunun rəhbəri bildirib ki, taliblər hücum zamanı bir polisi yaralayıb. Cavab atəşi ilə beş döyüşçünün öldürüldüyü deyilir.

Badqis əyalətinin qubernatorunun mətbuat katibi Xaled Sofi rayonda döyüşlərin davam etdiyini deyib. Onun sözlərinə görə, hökumət gücləri yaxın vaxtlarda ərazini ekstremistlərdən təmizləyəcək.

Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, gün ərzində keçirilən əməliyyatların gedişatında 33 silahlı ekstremist öldürülüb, 29-u yaralanıb. Əməliyyatlar ölkənin 13 əyalətində keçirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm