İslam Kərimovdan müsəlmanlara qarşı ŞOK QANUN
Bizi izləyin

Dünya

İslam Kərimovdan müsəlmanlara qarşı ŞOK QANUN

Özbəkistan parlamenti İslam dininə qarşı sensassion qanun qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən qanuna görə, Özbəkistanda İslam dinini media üzərindən həddindən çox təbliğ edən şəxslər “radikal təbliğat aparmaq” maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum ediləcək.

Özbəkistanın müstəqil mediası və müsəlman ictimaiyyəti bu qanunu təəccüblə qarşılayaraq prezident İslam Kərimovu tənqid ediblər.

Ölkə mediası yazır ki, bu qanun aprelin 26-da - İslam Kərimovun Rusiyaya səfərindən dərhal sonra qəbul edilib: “Bu onu göstərir ki, məsələdə Rusiyanın təsiri və rolu vardır. Yeni qanuna görə, Özbəkistanda internetdə nəşr olunan dini yazı və xəbərlər hökumət nümayəndələri tərəfindən “radikal və həddindən artıq” hesab edilərsə, o zaman həmin KİV-lərə və əməkdaşlarına 5 ildən 8 ilə qədər həbs cəzası verilə bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm