Dünya
Politoloq: “Bu, Putinin nəhəng qələbəsi kimi qəbul ediləcək”
“Rusiya prezidentinin siyasəti sanksiyaların aradan qaldırılmasına və Qərblə olan münaqişənin nizama salınmalarına yönəlib”.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu məşhur Rusiya politoloqu Leonid Radzixovski söyləyib.
Onun sözlərinə görə, Putin bu siyasətində müvəffəqiyyət qazanacağı halda, rusiyalılar tərəfindən “Vladimir Putinin nəhəng və görünməmiş qələbəsi” kimi qəbul olunacaq.
“Putinin indiki siyasəti tamamilə aşkardır: Rusiyaya Qərblə münaqişədən çıxmaq və sanksiyalardan azad olmaq lazımdır. Qərb daim bu siqnalları göndərir: bəli, biz sanksiyaları ləğv etməyə hazırıq, biz sanksiyaları ləğv etmək istəyirik, amma Ukrayna böhranını həll etmək lazımdır. Ukraynada müharibənin genişlənməsi Putinə qətiyyən lazım deyil. Rusiyada ordu var, amma iqtisadiyyat çox ağır vəziyyətdədir. Sanksiyaların gərginləşməsi ağır vəziyyətdə olan iqtisadiyyatı tamamilə sındıracaq”, - politoloq bildirib.
Rodzixovski hesab edir ki, neftin qiymətləri Rusiyanın bədxərcliyi üçün kifayət etmir.
Ömər Dağlı
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə1 May 19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular