Erməni deputat türk millət vəkillərini vurdu - VİDEO
Bizi izləyin

Dünya

Erməni deputat türk millət vəkillərini vurdu - VİDEO

Türkiyə Böyük Millət Məclisi Konstitusiya Komissiyasının millət vəkillərinin toxunulmazlığı ilə bağlı keçirdiyi iclasda insident baş verib.

Axar.az xəbər verir ki, iclasda hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkilləri arasında dava düşüb.

HDP-nin erməni deputatı Qaro Paylanın türk millət vəkillərini vurması isə diqqətdən yayınmayıb. Hadisə zamanı bir neçə millət vəkili yaralanıb.

Anloji hadisə ötən həftə də baş vermişdi.

Qeyd edək ki, Türkiyədə millət vəkillərinin toxunulmazlığı ilə bağlı Konstitusiyaya dəyişikliklər edilməsi təklif olunur.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm