Dünya
İran prezidentinə nota: İmtina et!
İranın bəzi nüfuzlu şəxsləri prezident Həsən Ruhanidən 2017-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmamasını istəyib.
Publika.az xəbər verir ki, bu haqda İranın keçmiş millət vəkili Əli Tacirniya islahatçılara yaxınlığı ilə seçilən “Arman” nəşrinə açıqlamasında deyib.
“Mühafizəkarların ən əhəmiyyətli strategiyası Ruhaniyə prezidentlik yarışından imtina etdirməkdir. Buna görə də bütün potensial və imkanlarından Ruhani hökumətinə təzyiq olaraq istifadə edirlər”, - deyə keçmiş millət vəkili bildirib.
Qeyd edək ki, 2013-cü ilin iyununda keçirilən seçkilərdə islahatçı vədlər verən Həsən Ruhani 52 faiz səs qazanaraq qalib gəlib. Cari ilin fevral ayında keçirilən parlament seçkilərində də qələbə qazanan islahatçılar prezident seçkiləri öncəsi mühafizəkarların üzərində böyük üstünlük təmin edib.
Bəzi müxalif qruplar nüvə razılaşmasının imzalanmasına baxmayaraq, sanksiyaların ləğv olunmadığını bildirərək “inqilabın təhlükə ilə qarşı qarşıya qaldığını” qeyd edirlər.
Ömər Dağlı
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq