İsraildə teror aktında ölənlərdən biri azərbaycanlı olub
Bizi izləyin

Dünya

İsraildə teror aktında ölənlərdən biri azərbaycanlı olub

Dünən Təl-Əvivdə terror nəticəsində həlak olanlardan biri Azərbaycandan İsrailə köçüb.

Publika.az “izrus.co.il” saytına istinadən xəbər verir ki, 32 yaşlı Mila Mişiyeva 25 il əvvəl Bakıdan İsrailə gedib.

Onun ailəsi – atası Vyaçeslav və anası Rita, həmçinin qardaşı və bacısı Aşkelon şəhərində yaşayırdılar. Milanın özü son vaxtlar Rişon le-Sionedə yaşayırdı.

Mişa sabah sabah yerli vaxtla saat 14:00-da Aşkelonda dəfn ediləcək.

Qeyd edək ki, Təl-Əvivdə terror aktı nəticəsində 4 nəfər həlak olub, ən azı 4-ü yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm