İŞİD stolüstü oyunların köməyi ilə məhv ediləcək
Bizi izləyin

Dünya

İŞİD stolüstü oyunların köməyi ilə məhv ediləcək

Kanada hərbçiləri stolüstü oyunların köməyi ilə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmağı öyrənəcəklər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın “CBC News” telekanalı bildirib.

“İŞİD-in Böhranı” (“ISIS Crisis”) oyunu hökumətin sifarişi üzrə hazırlanıb. Oyun hərbi biliklərə malik olmayanlar üçün nəzərdə tutulub və konkret məsələni ən gözlənilməz şəkildə həll etməyə imkan verən qeyri-standart təfəkkür inkişaf etdirməlidir.

Bildirilir ki, belə oyunlar keçmiş müharibə təcrübəsindən istifadənin tendensiyasını sındırmağa qadirdir. Onun əsas üstünlükləri təlimin sürətli olması və ucuz başa gəlməsidir. Oyun sessiyası 3 saatdan 4 saata qədər davam edir və oyunda altı nəfərə qədər iştirak edə bilər.

Əgər oyun müsbət nəticə verərsə, “İŞİD-in Böhranı”nın payızda orduda tətbiqi haqqında qərar qəbul ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm