Fransada 43 rusiyalı azarkeş həbs edildi
Bizi izləyin

Dünya

Fransada 43 rusiyalı azarkeş həbs edildi

Marsel prokurorluğu daha əvvəl Lill yolunda saxlanılan rusiyalı azarkeşləri həbs edib.

Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda Ümumrusiya Azarkeşlər Birliyinin rəhbəri Aleksandr Şprıqin “Tvitter” hesabında yazıb.

Onun sözlərinə görə, Marsel prokurorluğunun qərarı Rusiya və İngiltərə azarkeşlərinin iştirakı ilə baş verən qarşıdurmada zərərçəkən ingilis azarkeşinin beyin ölümü keçirməsidir.

“Hər şey aydınlaşdı. Əvvəlcə jandarm rəhbəri bizi buraxdı, amma sonra Marsel prokurorluğu qadınlar və sürücülər daxil olmaqla hamının həbsi barədə qərar qəbul etdi. Qərar yaralanan ingilisin vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədardır. Onun beyni dayandı. Faktiki olaraq yaxın vaxtlarda ingilis azarkeşin ölümü elan ediləcək”, - Şprıqin qeyd edib.

Qeyd edək ki, AFR agentliyi 43 rusiyalı azarkeşin saxlanıldığını bildirib. Əgər Marseldəki qarşıdurmalarda iştirakı sübuta yetirilərsə, onlar məhkəmə qarşısında dura bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm